Nazirlər Kabineti “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nı təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Subsidiyanın verilməsinin təşkil edilməsiüçün Kənd Təsərrüfatı, Maliyyə nazirlikləri, Dövlət Statistika Komitəsinin nümayəndələrinin iştirakı ilə rayon (şəhər) komissiyası yaradılır.
Xəbər verildiyi kimi, ötən ilin avqust ayında prezident İlham Əliyev “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilir.
A.Axundov