SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi(NQÇİ) 2015-ci ildə 117,301 min ton neft hasil edib ki, bu da plan göstəricisindən 4,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Hesabat ilində NQÇİ 15,285 mln. kubmetr qaz hasil edib ki, bu da plan göstəricisini 14,1% üstələyir. Dövlətə 12 mln. 884,172 min kubmetr qaz təhvil verilib, bu isə plan göstəricisindən 17,1% çoxdur.
2015-ci ildə NQÇİ 500 quyuda texniki tədbirlər həyata keçirib, nəticədə 2,2 min ton əlavə neft hasil olunub. Həmçinin 110 quyuda əsaslı təmir işləri aparılıb.
Məlumatda qeyd edilir ki, 2015-ci ildə NQÇİ neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə işlər həyata keçirib. Hesabat dövründə 5 hektar ərazi təmizlənib.
“Bibiheybət” yatağı Azərbaycanın ən köhnə yataqlarından biridir və 100 ildən çoxdur istismar olunur. Yataq 1871-ci ildən işlənilir.
N.Abbasova