Franasanın “Geoservices” şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“Şirkət 16 oktyabr 2015-ci il tarixindən etibarən Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib. Hazırda kreditorların tələbləri qəbul olunur”, - deyə məlumatda qeyd edilir.
Şirkət Azərbaycanda neft-qaz sənayesi sahəsində xidmətlər göstərir, layihələndirmə və s. ilə məşğul olurdu.
A.Əzizov