Kosta Rika 2016-cı ildə Azərbaycanda öz səfirliyini açmağı planaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Bununla əlaqədar olaraq Kosta Rikanın Xarici İşlər və Etiqad Nazirliyi Azərbaycan XİN-ə nota göndərib.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında Kosta Rikanın bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin Bakı və San-Xose arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.
F.İsazadə