Bakıda iki musiqi məktəbinə yeni direktorlar təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Oqtay Muxtarov 36 nömrəli Uşaq Musiqi Məktəbinin, Əziz Qarayusifli isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru təyin edilib.
Yeni təyin olunan direktorların qarşısına nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırılıb.
A.Zeydullayeva