Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 130 ədəd eşitmə cihazı alacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Satınalmalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Eşitmə cihazlarının tədarükçüsü "İNPEKS.N" MMC-dir. 2015-ci ilin dekabr ayında şirkətlə müvafiq müqavilə bağlanıb”, - deyə agentlikdən qeyd ediblər.
Müqavilə çərçivəsində nazirlik eşitmə cihazlarının alışına görə 92,04 min manat ödəyəcək.
A.Əzizov