2015-ci il dekabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri $33,6 mlrd. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci il yanvarın 1-nə ARDNF-in aktivləri $37 mlrd. 104,1 mln. təşkil edib.
Beləliklə, 11 ay ərzində fondun aktivləri 9,5% azalıb.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.
N.Abbasova