Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən il vətəndaş müraciətlərinin araşdırılması zamanı iş yerlərində ümumilikdə 14769 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Dövlət Əmək Müfəttişliyi Xidməti aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə zəruri tədbirlərin görülməsini təmin edib. Həmçinin əmək hüquqlarının pozulması hallarına bir daha yol verilməməsi üçün aidiyyəti işəgötürənlərlə izahat işləri aparılıb, onlara zəruri metodiki köməkliklər göstərilib.
Hesabat dövründə aşkar olunan əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü illə müqayisədə 27,6% azalıb.
R.Babayev