2015-ci ildə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 36 mln. 335 min 48 kvadratmetr ərazi yoxlanılıb, 24,497 min ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlarda 507 nəfər minaaxtaran mütəxəssis və 123 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.
2015-ci ilin dekabr ayı ərzində 275,278 kvadratmetr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan təmizlənib. 43 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.
İndiyədək cəmi 314 mln. 730 min 926 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,938 min təşkil edir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Fizuli və Tərtər rayonlarında davam etdirilir.
Ötən ilin dekabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.
Ümumilikdə 2015-ci il ərzində 9 mina/PHS hadisəsi qeydə alınıb, 11 nəfər zərər çəkib, 3 nəfər isə həlak olub.
R.Babayev