“Azər-Türk Bank” ASC MobilBank xidmətini tətbiq edib.
Bankdan verilən məlumata görə, xidmət mobil telefon vasitəsi ilə müxtəlif bank əməliyyatlarını həyata keçirməyə imkan verir.
“Bankın istənilən növ ödəniş kartına sahib olan müştərilərSİM kart dəyişmədən, istənilən mobil operator nömrəsi ilə, banka gəlmədən bu tətbiqi smartfonlarına yükləyə, yerindən və zamanından asılı olmadan əməliyyatların real vaxt rejimində həyata keçirilməsi kimi üstünlüklər əldə edə bilərlər. Bu xidmətdən istifadə etməklə kommunal xidmətlərin, mobil operator xidmətlərinin, internet provayderlərin xidmətlərinin ödənişlərini həyata keçirilməsi, həmçinin kartdan karta pul köçürülməsi, kartın bloklaşdırılması və blokdan çıxarılması, kart hesabı üzrə çıxarışın alınması, kartın balansı haqqında məlumatın alınması kimi bank əməliyyatlarının yerinə yetirilməsi mümkündür”, - deyə məlumatda qeyd edilir.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Nizamnamə kapitalı 50 mln. manata bərabərdir. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), Türkiyənin “Ziraat Bank”ı (12,37%), “Ziraat Bank International” (1,08%), “AzRe” təkrarsığorta şirkəti (6,55%) və “Qala Həyat Sığorta” şirkətidir (5%).
A.Əzizov