2015-ci ildə Bakıda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə qaz təchizatı məsələləri ilə bağlı 56,168 min müraciət daxil olub. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
“ 2015-ci il ərzində Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə 56,168 min müraciət daxil olub. Əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi və “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması ilə əlaqədar edilmiş müraciətlərin hamısı həllini tapıb”, - deyə məlumatda qeyd edilir.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.
N.Abbasova