Yanvarın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında SSRİ xalq artisti, bəstəkar Fikrət Əmirovun “Sevil” operasının tamaşası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tamaşada əsas partiyaları – Sevil və Balaşı ilk dəfə olaraq əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcəklər.
Tamaşada həmçinin əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) və başqaları iştirak edəcəklər.
Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək
A.Zeydullayeva