2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 7 mlrd. 118 mln. 196,7 min manat təşkil edib. Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Xəbər verildiyi kimi, 2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 113 mln. 622,4 min manat köçürülüb. Beləliklə, 2015-ci ildə nazirliyin xətti ilə dövlət büdcəsinə daxilolmalar 0,06% artıb.
“Ötən il Vergilər Nazirliyi vergi və rüsum yığımı üzrə planı 100,1% yerinə yetirib. Faktiki olaraq nazirliyin xətti ilə vergi və rüsum yığımı 7 mlrd. 118 mln. 196,7 min manata bərabər olub”,-deyə məlumatda bildirilir.
2015-ci ildə Vergilər Nazirliyi üçün dövlət büdcəsinə köçürmələr üzrə plan 7 mlrd. 112 mln. manat təşkil edib.
A.Əzizov