Sübhan Kazımov “Azərpoçt” MMC-nin baş direktorunun səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilib.
S.Kazımov 2004-cü il iyulun 7-dən "Azərpoçt" MMC-nin baş direktorunun müavini vəzifəsini tutur.
O, 1966-cı ildə anadan olub. “Azərpoçt”da fəaliyyətə 2002-ci ildə Texniki şöbənin direktoru olaraq başlayıb.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri təqdim etmək üçün məhdudlaşdırılmış lisenziya verib.
N.Abbasova