Vergilər Nazirliyi 2015-ci ildə 76,877 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
2014-cü ildə Vergilər Nazirliyi 82,688 min vergi ödəyicisini qeydiyyata alıb.
Beləliklə, 2015-ci ildə qeydiyyata alınan vergi ödəyicilərinin sayı 7% azalıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 1-2 gün ərzində həyata keçirilir.
A.Əzizov