"Azərbaycan Hava Yolları" (AZAL) 2016-cı il fevralın 1-dən etibarən Azərbaycanın hava limanlarından olan uçuşlarda aviabilet qiymətlərinin formalaşdırılmasında tam yeni siyasət tətbiq edəcək. Bu barədə QSC-nin məlumatında deyilir.
Yeni konsepsiya çərçivəsində "Azərbaycan Hava Yolları"nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq 15 yanvar tarixindən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.
“Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.
Baqajın (23 kq-a qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı 20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı həmin qiymətdən 5 avro baha olacaq.
“Budget”tarifi üzrə istiqamətlərin qiymətləri
İstiqamət |
Bir tərəfə aviabiletin son qiyməti (avro ilə) |
Tbilisi |
69 |
Tehran |
79 |
Aktau |
79 |
Mineralnıye Vodı |
79 |
Moskva ("Vnukovo") |
89 |
Moskva ("Domodedovo") |
89 |
İstanbul ("Sabiha Gökçen") |
89 |
Alanya |
89 |
İstanbul ("Atatürk") |
99 |
Antalya |
99 |
Dubay |
99 |
Kazan |
99 |
Ankara |
109 |
Kiyev |
109 |
Minsk |
119 |
Sankt-Peterburq |
129 |
Lvov |
139 |
Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq. “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.
Bütün tariflər üzrə reyslər çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək olar.
N.Abbasova