Azərbaycan 2016-cı ildə 18 beynəlxalq turizm sərgisində iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 8-də ABŞ-ın Nyu-York şəhərində respublikanın turizm potensialı nümayiş olunur. Sərgi yanvarın 10-dək davam edəcək.
28-31 yanvar tarixlərində Azərbaycan nümayəndə heyəti İstanbulda keçiriləcək “EMITT East Mediterranean Tourism and Travel Exhibition” sərgisində, may ayında Almatı şəhərində KIHE, oktyabr ayında Dubayda İMTEC, dekabr ayında İzmir şəhərində “Travel Turkey” sərgilərində iştirak edəcək.
2015-ci ildə 16 beynəlxalq turizm sərgisində ölkənin milli stendi qurulub.
A.Zeydullayeva