Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 265 nəfər xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Məlumata görə, 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
R.Babayev