NATO Azərbaycan prezidenti İlham Əliyevin alyansın sammitində iştirak edcəyini gözləyir. Bu barədə jurnalistlərə Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Bakıdakı rezident-əlaqələndiricisi Kristian Çiobanu bildirib.
“Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun əvvəlki sammitlərində olduğu kimi, cari ilin iyun ayında Varşavada keçiriləcək sammitində də iştirak edəcəyinə ümid edirik”, - deyə D.Çiobanu NİSA-nın (NATO İnternational School of Azerbaijan) qış sessiyası çərçivəsində bəyan edib.
Həmçinin diplomat Bakı ilə alyans arasında münasibətlərin inkişafından məmnunluğunu bildirərək bu əlaqələrin strateji əhəmiyyətini vurğulayıb.
“Azərbaycanla NATO arasında münasibətlər çox uğurla inkişaf edir. Bu tərəfdaşlıq strateji əhəmiyyət kəsb edir”, - deyə D.Çiobanu qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunan və bazar ertəsi start götürən NİSA-nın qış sessiyası NATO-nun xətti ilə həyata keçirilən xalq diplomatiyası və fəaliyyətin bir hissədir.
F.İsazadə