Almaniya ATƏT-də sədrliyi dövründə Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayıracaq. Bu barədə jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel bildirib.
“ATƏT-də sədrliyi dövründə sülh və təhlükəsizlik Almaniyanın əsas prioritetləri olacaq. Almaniya dondurulmuş adlandırdığımız davam edən münaqişələrin nizamlanmasına xüsusi diqqət ayıracaq. Onların sırasına sizin ölkənizin də cəlb olunduğu münaqişə daxildir”, - deyə H.Tempel vurğulayıb.
Səfir məlumat verib ki, yaxın günlərdə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-də sədrliyi dövründə ölkəsinin prioritetlərini elan edəcək.
F.İsazadə