Bu gün Azərbaycan prezidenti İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində iştirak edib. Bu barədə rəsmi KİV-lər məlumat verir.
Dövlət başçısı mərhumun ailə üzvlərinə başsağlığı verib.
Vida mərasimi Təzəpir məscidində keçirilib.
Sonra xalq şairinin cənazəsi son mənzilə yola salınıb.
Vida mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
Z.Yaqub yanvarın 9-da vəfat edib. Şair böyrək çatışmazlığından əziyyət çəkirdi.
A.Zeydullayeva