İstirahət günlərində Azərbaycanda 186 cinayət hadisəsi qeydə alınıb, onların 58-i “isti izlər”lə açılıb. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 78 nəfər saxlanılıb.
Respublika ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
B.Rüstəmbəyov