Azərbaycanın əməkdar artisti, opera ifaçısı Dinara Əliyeva İsraildə çıxış edəcək. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
D.Əliyeva yanvarın 12-də və 15-də İsrailin “Tel Aviv Performing Arts Center” məkanında Cüzeppe Verdinin “Trubadur” operasında çıxış edəcək. O, Leonora rolunu ifa edəcək.
D.Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib.
İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun Avropada solo konsertləri keçirilib, müxtəlif festivallarda iştrak edib.
A.Zeydullayeva