Nizami Kino Mərkəzində “Ümid yeri” uşaq sığınacağının sakinləri üçün tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə kino mərkəzindən məlumat verilib.
Mərkəzdə “Ümid Yeri” uşaq sığınacağı sakinlərinə ABŞ istehsalı olan “Ov mövsümü” animasiya filmi nümayiş etdirilib.
Böyük maraqla filmi izləyən uşaqlar nümayişdən sonra Nizami Kino Mərkəzi tərəfindən “Nizami Restaurant & Lounge” restoranında nahara dəvət olunublar. Nahardan əvvəl onlara məşhur animator “Mister White” (Oleq) köpük şousu göstərib.
Sığınacağın rəhbəri Nigar Mənsimli uşaqlar üçün hazırlanmış tədbirə görə bütün zəhməti olan insanlara təşəkkürünü bildirib. O, sığınacaqda yaşayan, valideyn himayəsindən məhrum olan və müxtəlif səbəblərdən küçə həyatına məruz qalmış uşaqlar üçün bu tədbirlərin böyük mənəvi rolu olduğunu qeyd edib.
A.Zeydullayeva