2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 6,6% artıb. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
“2015-ci ildə pambıq, yumurta, günəbaxan istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb”, - deyə nazir məlumat verib.
O qeyd edib ki, kənd təsərrüfatı məhsullarının müasir satış yarmarkalarının infrastrukturunun genişləndirilməsi və bu işlərin əksər bölgələrdə təşkil edilməsi məhsulların bazara çıxışını asanlaşdırmaqla bərabər, qiymətlərin süni artımının qarşısının alınmasında da müstəsna rol oynayıb. Devalvasiyanın bayrama təsadüf etməsi və bununla əlaqədar bazarlarda məcmu tələbin yüksəlməsi hesabına qiymətlərdə müəyyən artımlar müşahidə edilsə də, hazırda bu sahədə vəziyyət keçən ilin eyni dövrü ilə müqayisədə tənzimlənmək üzrədir.
A.Axundov