Azərbaycan 2015-ci ildə meyvə-tərəvəz məhsullarının ixracını 7,2% artırıb. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.
Onun sözlərinə görə, hesabat ilində aqrar sahədə məhsul istehsalının artımı əkin sahələrinin və ya heyvanların baş sayının artırılması hesabına deyil, əsasən intensiv faktorlar, yəni, məhsuldarlığın artırılması hesabına baş verib.
“Hesabat ilində hər hektardan 50 sentnerdən artıq məhsul götürən təsərrüfatların sayı onlarla olub”, - deyə H.Əsədov əlavə edib.
A,Əzizov