Bu gün Azərbaycan-İran sərhədində 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 06:38-də İranın ərazisində Yardımlıdan 20 kilometr şimalda qeydə alınıb. Zəlzələnin episentri 27 kilometr dərinlikdə yerləşib.
Yaşayış məntəqələrində yeraltı təkanlar 3 bala qədər hiss olunub.
A.Zeydullayeva