İstirahət günlərində Azərbaycan ərazisində 88 cinayət hadisəsi qeydə alınıb, onların 40-ı “isti izlər”lə açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 45 nəfər saxlanılıb.
Respublika ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.
B.Rüstəmbəyov