Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Bakı sakini, əvvəllər məhkum olunmuş Rəşad Əzimovdan 19 kiloqram 155,84 qram marixuana aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd edilir.
Bundan əlavə, Quba rayon sakini Mərhəmət Sədirovdan 5,15 qram, Bakı şəhər sakini Nahid Həsənovdan 5,88 qram marixuana aşkar edilərək götürülüb.
B.Rüstəmbəyov