SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyi istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə qazlaşdırma ilə bağlı texniki şərtlərin veriliməsini Prezidentyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) mərkəzlərində həyata keçirməyə başlayıb. Bu barədə birliyin məlumatında deyilir.
Bundan sonra texniki şərtlərin verilməsi yalnız 1, 2, 3, 4 və 5 saylı "ASAN xidmət" mərkəzləri tərəfindən həyata keçiriləcək.
"Azəriqaz" İB 2014-cü ilin fevralından "ASAN xidmət" vasitəsilə öz abonentlərinə xidmət göstərməyə başlayıb.
N.Abbasova