Azərbaycanlı taekvondoçular “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə qatılacaq.
Gənclər və İdman Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bu turnir yığma komandamıza 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına növbəti 3 lisenziyanı qazanmaq şansı verir.
Turnir İstanbul şəhərində keçiriləcək.
Olimpiadada 64-ü qadın və 64-ü isə kişi idmançı olmaqla ümumilikdə 128 taekvondoçu iştirak edəcək. Oyunların reqlamentinə görə, hər ölkəyə dörd çəki dərəcəsində lisenziya qazanmaq imkanı verilir ki, onlardan 2-si qadın, 2-si kişi idmançı olacaq.
Xatıradaq ki, yığma komandanın üzvü, dünya və Avropa çempionu, I Avropa Oyunlarının qalibi Radik İsaev +87 kq çəki dərəcəsində dünya reytiq siyahısında tutduğu yer sahəsində artıq lisenziya əldə edib.
B.Rüstəmbəyov