2015-ci ilin dekabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri noyabr ayı ilə müqayisədə 0,4% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Dekabrda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,2% bahalaşıb. Ay ərzində heyvandarlıq məhsullarından südün və yumurtanın istehsalçı qiymətləri bahalaşıb, ev quşlarının, mal və qoyun ətinin isə istehsalçı qiymətləri ucuzlaşıb.
2015-ci ilin dekabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6% bahalaşıb.
Hesabat ayında narın, heyvanın, xiyarın, şabalıdın, qozun, fındığın, armudun, almanın, pomidorun, sarımsağın, soğanın, quru otun isə istehsalçı qiymətləri bahalaşıb, xurmanın və kələmin istehsalçı qiymətləri isə ucuzlaşıb.
N.Abbasova