2015-ci ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri noyabr ayı ilə müqayisədə 0,4% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri mədənçıxarma sənayesi üzrə 1%, o cümlədən xam neft və təbii qaz hasilatı üzrə 1% artıb, metal filizlərinin istehsalçı qiymətləri 4,2% ucuzlaşıb.
Ötən ay emal sənayesi üzrə istehsalçı qiymətlər 2,5% ucuzlaşıb.
Ay ərzində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 5,2%, metallurgiya sənayesi üzrə 2,1%, içki istehsalı üzrə isə 1,9% ucuzlaşıb.
Dekabr ayında əczaçılıq məhsullarının (6%), kimya məhsullarının (0,7%), ağac emalı və ağacdan məmulatların, tütün məmulatlarının (0,2%), ərzaq məhsullarının (0,1%) istehsalçı qiymətlərində bahalaşma qeydə alınıb.
N. Abbasova