2015-ci ildə "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda təqribən 182 mln. kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
Bu həcm 506 min ton tullantının zərərsizləşdirilməsi nəticəsində əldə edilib.
İstehsal olunmuş enerjinin 28,5 mln. kilovat/saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 mln. kilovat/saat enerji isə elekrik şəbəkəsinə ötürülüb. Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında ASC-ni qeydiyyata alıb.
A.Axundov