Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən prezident “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nı təsdiq edib.
Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
B.Rüstəmbəyov