Azərbaycan Dövlət Neft Fondu (ARDNF) valyuta satışını bərpa edib.
ARDNF-in məlumatında qeyd edilir ki, yanvarın 13-də yeni mexanizmlə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib. Hərracda 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
B.Rüstəmbəyov