İndoneziyada baş vermiş terror aktlarında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə Xarci İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“İlkin məlumata əsasən İndoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur”, - deyə H.Hacıyevin mətbuat üçün verdiyi bəyanatda deyilir.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.
“Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub”, - deyə mətbuat katibi vurğulayıb.
O, həmçinin bildirib ki, Azərbaycanın İndoneziyadakı səfirliyində 30-a yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır.
F.İsazadə