Ötən gün Azərbaycanda 110 cinayət faktı qeydə alınıb, onların 34-ü “isti izlər”lə açılıb. Bu barədə bu gün Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 37 nəfər saxlanılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublika ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər yaralanıb.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
B.Rüstəmbəyov