Azərbaycanda valyuta mübadilə məntəqələri turizm obyektlərində və hava limanlarında fəaliyyət göstərcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
AMB banklara bütün mübadilə məntəqələrini bağlamaq tapşırığı ilə məktub ünvanlayıb. Valyuta mübadiləsi yalnız bankların baş ofisləri və filiallarında həyata keçiriləcək.
Turizm obyektləri, xüsusən mehmanxanalar, eləcə də hava limanları istisna təşkil edir. Turizm obyektlərində və hava limanlarında valyuta mübadilə məntəqələrinin fəaliyyəti davam edəcək.
A.Əzizov