2016-cı ilin əvvəlinə Azərbaycanda dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) sayı 18-ə çatıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında bildirilir.
“2015-ci ildə 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qeydiyyatdan keçib və onların sayı 18-ə çatıb”, - deyə məlumatda qeyd olunur.
Onların hamısı Bakıda qeydiyyata alınıb.
Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Xırdalan və Mingəçevir şəhərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, yeni MMMC-nin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.
A.Əzizov