Prezident İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklikləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dəyişikliklərə əsasən, qısamüddətli müvəqqəti istifadə 15 ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün 15 ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə 15 ildən 49 ilədək (əvvəllər 99 ilədək idi) müəyyən oluna bilər.
Bundan əlavə, dövlət başçısı Azərbaycan Respublikasının Mülki Məcəlləsindədəyişiklikləri təsdiq edib. Bu dəyişikliklərə əsasən, tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün 99 ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə 49 ildən çox ola bilməz.
A.Axundov