2015-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 16 vəzifəli şəxs cinayət başında saxlanılıb. Bu barədə idarənin rəisi Kamran Əliyev məlumat verib.
“Həyata keçirilən 14 operativ tədbir nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 16 vəzifəli şəxs cinayət başında saxlanılıb”, - deyə K.Əliyev 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Bundan başqa, K.Əliyev qeyd edib ki, hesabat dövründə 169 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub.
“Onlardan 42 nəfər - Səhiyyə, 28 nəfər - Əmək və Əhalinin Sosial Müdafiəsi, 13 nəfər - Təhsil, 48 nəfər - Daxili İşlər, bir nəfər - Fövqəladə Hallar, bir nəfər - Müdafiə nazirlikləri, daha bir nəfər isə Gömrük Komitəsinin əməkdaşıdır”, - deyə o bildirib və əlavə edib ki, cəlb olunan şəxslərdən daha 35 nəfəri digər dövlət strukturlarının əməkdaşlarıdır.
F.İsazadə