Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən süni qiymət artımı və ərzaq qıtlığı yaratmaqla məşğul olan 7 nəfər saxlanılıb. Bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
“Süni qiymət artımı və ərzaq qıtlığı yaradılması, manatın məzənnəsinin dəyişməsindən sui-istifadə halları ilə mübarizə davam etdirilir”,- deyə K.Əliyev qeyd edib.
“Son 10 gündə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi qaldırılıb. 7 nəfər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib”,- deyə o əlavə edib.
F.İsazadə