Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərovbarəsində cinayət işi qaldırılıb. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında məlumat verib.
O deyib ki, R.Səfərov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
F.İsazadə