2015-ci ildə Azərbaycan 38,1 mln. ton neft ixrac edib. Bu barədə energetika naziri Natiq Əliyev cümə günü rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycandan neft ixracının həcmi 35 mln. 40,1 min ton təşkil edib. Beləliklə, 2015-ci ilin yekunları üzrə ixracın həcmi 8,7% artıb.
“Ötən il ixracın strukturunda 36,9 mln. ton “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neftin və “Şahdəniz” yatağından kondensatın, 1,2 mln. ton SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) hasil etdiyi neftin payına düşüb”, - deyə N.Əliyev qeyd edib.
Nazir vurğulayıb ki, 2015-ci ildə neft ixracının əsas həcmi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin payına düşüb.
N.Abbasova