Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan və İndoneziya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsinin və terrorizmə qarşı mübarizədə birgə səylərin zəruriliyi vurğulanıb.
Nazir E.Məmmədyarov İslam aləmində həmrəyliyin xüsusilə vacib olduğunu qeyd edib.
F.İsazadə