Bakıda “Ləzgi dilini qoruyaq!” layihəsi çərçivəsində karaoke axşamı təşkil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) məlumat verilib.
Tədbirə “Samur” qəzeti və “Suvar” Ləzgi Xalq Ansamblı təşkilatçılıq edib.
Tədbiri “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova açaraq layihə, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə bağlı keçirilən tədbirlər barəsində məlumat verilib.
Tədbir “Suvar” ansamblının solistlərinin iştirakı ilə ləzgi icmasının ifa etdiyi xalq mahnılarının karaokesi ilə davam edib.
BBMM əməkdaşı Sevinc Mürvətqızı təmsil etdiyi rəsmi qurumun rəhbərliyi adından ləzgi icmasını salamlayıb və bu tədbiri Azərbaycanda unikal multikultural mühitin mövcudluğunun sübutu kimi səciyyələndirib.
A.Zeydullayeva