Vergilər Nazirliyi manatın devalvasiyasından sonra Vergi Məcəlləsinə dəyişikliklər etməyi planlaşdırmır. Bu barədə bu gün jurnalistlərə \Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi rəisi Natiq Şirinov məlumat verib.
Sonuncu dəfə Vergi Məcəlləsinə dəyişiklik 2015-ci ilin oktyabr ayında edilib və dekabr ayının əvvəlində təsdiq olunub. Dekabrın sonunda isə Azərbaycanda devalvasiya baş verib.
“Biz bəzi vergilər, xüsusilə aksiz vergiləri üzrə faiz dərəcələrindən (advalor) təsbit edilmiş (xüsusi) dərəcələrə keçdik. Məhsulun qimətlərinin artımı fonunda belə sistem vergi ödənişlərinin artmasına təsir göstərməyəcək”, - deyə N.Şirinov qeyd edib.
Onun sözlərinə görə, xüsusi vergi dərəcələri vergi qoyulan obyektə müəyyən həcmdə, mütləq məbləğdə və vergiödəyicisinin gəlirindən asılı olmayaraq müəyyən edilir.
Xüsusi vergi dərəcələri müəyyən edilərkən qanunla vergitutma vahidindən vergi şəklində ödənilməli olan müəyyən edilən vergi məbləği təsbit edilir.
A.Axundov