Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nardaran qəsəbəsində olub və burada bir qrup sakinlə görüş keçirib.
R.Usubov, Azərbaycanınhər yerində olduğu kimi, Nardaranda da bu gün kriminogen durumun tam nəzarətdə olduğunu vurğulayıb. Qəsəbədə aparılan intensiv tikinti-quruculuq və sakinlərin sosial-məişət problemlərinin qısa müddətdə aradan qaldırılması üçün görülən işlərə də toxunan nazir göstərilən istiqamətlərdə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər və vurğulayıblar ki, artıq qəsəbədə su, işıq, qaz kimi problemlər tam həllini tapıb.
B.Rüstəmbəyov