2015-ci ildə “Səngəçal” istiklik elektrik stansiyası 1 mlrd. 206,3 mln. kVt/s elektrik enerjisi istehsal edib. Bu barədə “Azərenerji” SC-nin məlumatında deyilir.
Dekabrda stansiyada 125,7 mln. kVt/s elektrik enerjisi istehsal edilib.
Stansiyanın istismarda olduğu dövr ərzində elektrik enerjisinin istehsal həcmi 8 mlrd. 602,3 mln. Kvt/s təşkil edib.
“Səngəçal” elektrik stansiyası 2008-ci ilin dekabr ayında istismara verilib və hər birinin gücü 16,7 meqavatt olan 18 aqreqatdan ibarətdir. Stansiyada yanacaq kimi təbii qaz və mazutdan istifadə olunur.
N.Abbasova